“Zubir bütün futbolçuları aldadırsa, ona mən nə edim?”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:6 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:

  • Acı məğlubiyyət aldıq. Oyuna pis başlamamışdıq. Ustalıq öz sözünü dedi. 0:3-dən sonra futbolçuları psixoloji hazırlamaq çətindi. Vaxtımız azdı. 5 gün sonra “Keşlə” ilə oyunumuz var. Gələn oyunlara hazırlaşmalıyıq.
  • Vurğun Hüseynov və Rail Məlikovu ehtiyatda saxlamağınıza səbəb nə idi?
  • Adil Nağıyev və Şəhriyar Əliyev də komandanın əsas heyət üzvlərindəndi. Bircə Elvin Bədəlov çox oynamırdı.
  • Peyman Babayini oynadıb, İbrahim Əliyevə nə üçün şans vermirsiz?
  • Birinci divizionla əsas liqa arasında fərq var. İbrahimi mən də xoşlayıram. Oyun elə idi ki, istəmirdim ikinci hücumçunu oyuna salım.
  • Bu məğlubiyyətdə sizin payınız nə qədərdi?
  • Əsas günahkar mənəm. Ancaq futbolçulara da pay düşür. Abdullah Zubir bütün futbolçuları aldadırsa, ona mən nə edim?

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button