İtaliyanın üç klubu Zirkzeni heyətinə qatmaq istəyir

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze yay transfer dövründə komandasını dəyişməyə hazırlaşır. Niderlandlı futbolçu az oyun vaxtı qazandığı üçün uzun müddətdir satışa əsas namizədlərdən biri hesab olunur.

Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, 24 yaşlı forvard karyerasını yenidən İtaliyada davam etdirmək istəyir.

Zirkzeyə “Yuventus”, “Milan” və “Napoli” maraq göstərir. Ancaq A Seriyası təmsilçilərinin hər üçü onu yalnız icarə əsasında heyətinə qatmağı planlaşdırır.

Həmçinin, bildirilir ki, hücumçuya İngiltərə Premyer Liqası klublarının marağı əvvəlki qədər yüksək deyil. O, “Mançester Yunayted”ə 2024-cü ildə “Bolonya”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button