“Zirə”nin yeni transferinin çempionluq arzusu

“Zirə”nin braziliyalı yeni futbolçusu Filipe Pahtman ölkəsinin mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, qəsəbə təmsilçisinə keçidindən danışan Pahtman, Azərbaycanda çempion olmaq istədiyini bildirib:

“Zirə”yə transferimlə çox motivasiya olmuşam. Komanda yaxşı heyətə malikdir və avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Bir müddətdir Braziliyadan kənardayam. Buna görə də, komandaya tez uyğunlaşacağıma inanıram. Bu baxımdan çox nikbinəm.

Bütün Avropa klublarının arzusu Çempionlar Liqası və Avropa Liqasında oynamaqdır. “Zirə”nin çempion olmasına kömək etmək üçün bura gəlmişəm, amma hazırkı mövqeyimizin də bizim üçün önəmli olduğunu deməliyəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button