“Zirə”nin legionerlərinə milli dəvət

“Zirə”nin futbolçuları İssa Cibriela və Toni Qomes milli komandaya dəvət alıb.

Komanda.az xəbər verir ki, futbolçular müvafiq olaraq Niger və Qvineyu-Bisau millilərinə çağırılıblar.

İssa Cibrielanın şərəfini qoruduğu Niger yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Əlcəzairlə (23 və 27 mart) qarşılaşacaq.

Toni Qomesin çıxış etdiyi Qvineya-Bisau isə Nigeriyaya (24 və 27 mart) qarşı mübarizə aparcaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button