Rəşad Sadıqov: “Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Sumqayıt”a qarşı keçirdikləri yoxlama matçından sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Sadıqov, 0:1 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Maraqlı oyun oldu. Xüsusilə də ikinci hissə sürətli keçdi. Son yoxlama oyunumuz idi. Artıq bir həftə sonra Premyer Liqanın ilk turunda “Qarabağ”la qarşılaşacağıq. Bəzi şeyləri sınaqdan keçirdik. Nə qədər hazır olduğumuzu çempionat oyunları göstərəcək. Hələ də komanda tam istədiyim səviyyədə deyil. Çalışacağıq ki, çempionat oyununa qədər tam hazır formaya yüksələk”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button