“Zirə”li 4-cü yerə şərik oldu

“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, 27-ci turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqes, “qartallar”ın heyətində çempionatdakı qol sayını 6-ya çatdırıb. Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu, klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqes yalnız üç oyunçudan – Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.

Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodriqesə qədər 9 oyunçu ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard “Zirə”nin dubl sayını 13-ə çatdırıb. Nelson Bonilla üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button