“Sabah”dan əzmkar qələbə, “Qarabağ”dan darmadağın

Misli Premyer Liqasında 12-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun ilk oyunu Tovuzda keçirilib. Yerli “Turan Tovuz” komandası mövsümün uğursuzlarından olan “Sumqayıt”ı qəbul edib. Matçın taleyini bir qol həll edib. Ayxan Abbasovun komandası “kimyaçılar”ı Tovuzdan məğlub yola salıb.

Dünən “Kəpəz” Gəncədə “Səbail”lə qarşılaşıb. Meydan sahibləri paytaxt təmsilçisini 3:0 hesabı ilə məğlub edib.

Turun mərkəzi oyunu olan “Zirə” – “Neftçi” matçı da dünən keçirilib. Bu oyunda isə qonaqlar darmadağına sevinən tərəf olub.

Son oyun günündə əvvəlcə “Qarabağ” səfərdə “Şamaxı” ilə üz-üzə gəlib. Çempionatın lideri ilk hissədə autsayderin qapısına yol tapmağa çətinlik çəksə də, fasilədən sonra dörd qol vurmağı bacarıb. Beləliklə, “Qarabağ” bu turda da büdrəməyərək, xallarının sayını 33-ə çatdırıb.

Turun son matçı isə Masazırda keçirilib. Mövsümün iddialılarından “Sabah” “Qəbələ”ni qonaq edib. Bu oyunda hesabı qonaqlar açıblar. Amma meydan sahibləri ikinci hissədə vurduqları iki qol sayəsində əzmkar qələbəyə seviniblər.

Misli Premyer Liqası, 12-ci tur

28 oktyabr

Turan Tovuz – Sumqayıt 1:0
Qol:
Şəhriyar Əliyev, 88.
Tovuz şəhər stadionu. Saat 15:00
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Kamran Bayramov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Asif Əliyev

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 37. Alya Ture
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 17. Murad Xaçayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 43. Riçard Qadze, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov

29 oktyabr

Kəpəz – Səbail 3:0
Qol: Abdullahi Şuaybu, 36; 66. Fərid Nəbiyev, 84.
Qırmızı vərəqə: Nihad Qurbanlı, 41 (Səbail)
Gəncə şəhər stadionu. Saat 15:00
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov

Kəpəz: 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

Səbail: 1. Emil Balayev (k), 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 72. Emin Zamanov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo
Baş məşqçi: Mahmud Qurbanov

Zirə – Neftçi 0:3
Qol: Y.Boqomolski, 6. Q.Donyo, 75. E.Mahmudov, 83.
Zirə İdman Kompleksinin stadionu. Saat 17:30
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov

Zirə: 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman
Ehtiyat oyunçular: 1. Mehti Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui
Baş məşqçi: Rəşad Sadıqov

Neftçi: 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 7. Azər Əliyev, 26. Ömər Buludov, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 1. İvan Brkiç, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

30 oktyabr

Şamaxı – Qarabağ 0:4
Qol:
Musa Qurbanlı, 51; 90+3. Elvin Cəfərquliyev, 56. Cəlal Hüseynov, 90+5-avtoqol.
Şamaxı şəhər stadionu. Saat 15:00
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Şamaxı: 12. Əkpər Vəliyev, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov, 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

Qarabağ: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 6. Julio Romao
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov

Sabah – Qəbələ 2:1
Qol: A.Kaşuk, 63. D.Volkov, 90+3 – İ.Alimi, 5-pen.
“Bank Respublika Arena”. Saat 17:30
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elman Musayev

Sabah: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.
Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Ürfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button