“Zirə”nin “Makkabi” ilə oyunlarının vaxtı bilindi

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə oyunlarının başlama saatları açıqlanıb.

Komanda.az xəbər verir ki, iyulun 21-də Bakıda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

İyulun 28-də Təl-Əvivdə oynanılacaq qarşılaşma isə saat 21:30-da başlayacaq.

İlk oyun “Dalğa Arena”da, cavab görüşü isə “Blumfild” stadionunda keçiriləcək.