Zidan “Real”da işə başladı

Zinəddin Zidanın bir neçə gün əvvəl “Real”da baş məşqçi postuna gətirildiyini xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisi fransız mütəxəssisin rəhbərliyi altında ilk məşqinə çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Zidan “Real”ın “sükanı arxasında” ilk matçına martın 16-da çıxacaq. “Kral klubu” İspaniya La Liqasının 28-ci turu çərçivəsində doğma azarkeşləri önündə “Selta”nı qəbul edəcək.

“Real” bir neçə gün əvvəl baş məşqçi Santyaqo Solarinin vəzifəsindən ayrıldığını və onun yerinə Zidanın gətirildiyini açıqlayıb. Fransız mütəxəssislə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Zidan 2016-2018-ci illərdə də “Real”a rəhbərlik edib. O, “kral klubu”nda ardıcıl üç dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button