“Zenit” ukraynalı futbolçunun ayrılığını rəsmən açıqladı

Ukrayna millisinin müdafiəçisi Yaroslav Rakitski Rusiya “Zenit”indən ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisi 32 yaşlı müdafiəçinin istəyilə müqaviləyə xitam verib. Təcrübəli oyunçunun iki ölkə arasındakı müharibə səbəbindən ailə vəziyyəti ilə əlaqədar bu addımı atdığı bildirilib.

Yaroslav Rakitski 2019-cu ilin yanvarından “Zenit”də çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button