“Dinamo”dan Mahir Emreli ilə bağlı rəsmi açıqlama

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu azərbaycanlı futbolçusu Mahir Emreli ilə bağlı açıqlama yayıb.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi 25 yaşlı hücumçunun FİFA tərəfindən cəzalandırıldığını təsdiqləyib.

Klubdan bildirilib ki, ali futbol qurumunun qərarı bu gün Xorvatiya Futbol Assosiasiyası vasitəsilə çatdırılıb:

“Dinamo” bu məsələdə bitərəfdir. Futbolçunun bütün borcu ödənilənədək FİFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.

Xatırladaq ki, FİFA Polşanın “Legiya” klubu qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahirin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button