“Atalanta” qalib gəldi, “Fiorentina” uduzdu

İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.

“Roma” “Kalyari” ilə üz-üzə gəlib və 3 cavabsız qolla qalib gəlib. Ötən turda çempionluğunu rəsmiləşdirən “Yuventus” səfərdə “İnter”lə qarşılaşıb. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Bazar günü daha beş görüş keçirilib. “Kyevo” – “Parma” və SPAL – “Cenoa” oyunlarında qalib müəyyənləşməyib. “Sampdoriya” doğma meydanda “Latsio”ya uduzub. Səfərdə “Frozinone” ilə qarşılaşan “Napoli” inamlı qələbəyə sevinib. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” isə “Torino” ilə səfər matçından məğlub ayrılıb.

Son oyun günündə iki görüş baş tutub. “Atalanta” doğma meydanda “Udineze” üzərində inamlı qələbə qazanmaqla UEFA Çempionlar Liqasına vəsiqə əldə etmək şansını artırıb. “Fiorentina” isə “Sassuolo” ilə ev oyunundan minimal hesabla məğlub ayrılıb.

İtaliya A Seriyası, 34-cü tur

27 aprel

Bolonya – Empoli 3:1
Qol
: Soriano, 51. Orsolini, 82. Sansone, 90 – Payaç, 17.

Roma – Kalyari 3:0
Qol
: Fasio, 5. Pastore, 8. Kolarov, 86.

İnter – Yuventus 1:1
Qol
: Naynqqolan, 7 – Ronaldo, 62.

28 aprel

Frozinone – Napoli 0:2
Qol
: Mertens, 19. Yunes, 49.

Kyevo – Parma 1:1
Qol
: Mecciorini, 66 – Kuçka, 38.

SPAL – Cenoa 1:1
Qol
: Felipe, 36 – Lapadula, 56.

Sampdoriya – Latsio 1:2
Qol
: Kvalyarella, 57 – Kaysedo, 3; 19.

Torino – Milan 2:0
Qol
: Belotti, 58-pen. Berenger, 69.

29 aprel

Atalanta – Udineze 2:0
Qol
: De Run, 82-pen. Paşaliç, 85.

Fiorentina – Sassuolo 0:1
Qol
: Berardi, 37.

Bombardir: Fabio Kvalyarella (Sampdoriya) – 23 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button