
Qrinvud İtaliya klubuna transfer oluna bilər
“Yuventus” yay transfer dövründə heyətində dəyişiklik etməyə hazırlaşır. Klub portuqaliyalı vingeri Fransisko Konseysaonun mümkün gedişi səbəbindən onun mövqeyinə yeni futbolçu axtarır.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, Turin klubu Meyson Qrinvudla maraqlanır.
İngiltərəli vinger hazırda “Marsel”də çıxış edir və onun bazar dəyəri 55 milyon avro olaraq qiymətləndirilir. Qrinvudun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
24 yaşlı futbolçu cari mövsümdə Liqa 1-də 29 oyuna çıxıb, 15 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



