“Yuventus”un futbolçusu Fransada?

“Yuventus”un müdafiəçisi Daniele Ruqani karyerasını Fransada davam etdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu “Renn”in transfer hədəfindədir. Fransızların futbolçu ilə ilkin danışıqlara başladığı bildirilir. Turin klubunun baş məşqçisi Andrea Pirlonun planlarına daxil olmayan Ruqaninin də bu keçidə müsbət yanaşdığı bildirilir. “Yuventus” onu uyğun məbləğ qarşılığında satmağa hazırdır.

2015-ci ildən “Yuventus”un şərəfini qoruyan italiyalı futbolçunun müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button