“Yuventus” rəsmisindən İkardiylə bağlı açıqlama

İtaliya mətbuatı “İnter”in futbolçusu Mauro İkardinin komandadan getmək istədiyini və “Yuventus”la danışıqlar apardığını iddia edir.

Komanda.az “goal.com”a istinadən xəbər verir ki, “Yuventus”un idman direktoru Fabio Paratiçi məsələylə bağlı açıqlama verib. Paratiçi, İkardiylə maraqlandıqlarını təsdiqləyib:

“İkardi haqda məlumat topladıq və onun “Yuventus”a mümkün keçidi ilə bağlı nə düşündüyünü öyrənmək istədik. Ancaq hazırda onunla danışıqlar aparmırıq.

İkardi “İnter”in üzvüdür və biz də bu mövsümə köklənmişik. Yayda nə olacağını bilmirəm. Yenidən İkardi məsələsinə qayıda bilərik. Amma hazırda heç bir danışıqlar getmir”.

“İnter”də bir müddət əvvəl İkardinin kapitanlıq sarğısı əlindən alınmış və heyətdən uzaqlaşdırılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button