
“Yuventus” türk futbolçu ilə razılığa gəlməyə yaxındır
“Yuventus” türkiyəli vingeri Kənan Yıldızla yeni müqavilə üzərində danışıqlar aparır.
Komanda.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb.
Tərəflər sözləşmənin müddətini 2031-ci ilə qədər uzatmaq üzrə razılığa yaxınlaşırlar. 20 yaşlı futbolçunun yeni müqavilədə illik 6 milyon avro qazancı nəzərdə tutulub. Hazırda onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.
Kənan Yıldız cari mövsümdə 21 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



