“Yuventus” “böyük beşlik” çempionatlarında rekord qırdı

“Yuventus” İtaliya A Seriyasının 36-cı turunda “Sampdoriya”ya 2:0 hesabı ilə qalib gələrək, növbəti çempionluğunu rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, bu, “qoca sinyora”nın ardıcıl  9-cu çempionluğu olub. Bununla da, “Yuventus” yeni rekorda imza atıb. Turin klubu Avropanın “böyük beşlik” çempionatlarında ardıcıl 9 dəfə çempionluq qazanan ilk komanda olub. Özünün keçənilki nəticəsini yeniləyən “Yuventus”, həmçinin bu mövsüm 8-ci çempionluğunu qazanan “Bavariya”nı da bu göstəricidə geridə qoyub.

Bu, “Yuventus”un tarixində 36-cı çempionluğu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button