“Yuventus”un hədəfi – “Latsio”nun futbolçusu

“Yuventus” “Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonla maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu yaxın günlərdə braziliyalı futbolçunun agenti kimi çalışan bacısı ilə yeni əlaqələr qurmağı planlaşdırır. “Yuventus” Andersonu yayda pulsuz transfer etmək istəyir.

30 yaşlı yarımmüdafiəçinin “Latsio” ilə müqaviləsi iyunun 30-da başa çatacaq. Bu mövsüm o, 30 oyun keçirib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button