“Yuventus”da itki – 2-3 həftə olmayacaq

“Yuventus” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Turin təmsilçisinin futbolçusu Danilo sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya A Seriyasının 5-ci turunun “Breşiya” ilə matçında zədələnən 28 yaşlı müdafiəçi, 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

“Breşiya” – “Yuventus” matçı “qoca sinyora”nın 2:1 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button