“Yuventus”un 10 milyonluq problemi

“Yuventus” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi “Latsio”dan Sergey Milinkoviç-Saviçlə razılığa gəlib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, “Yuventus” rəhbərliyinin serbiyalı yarımmüdafiəçinin meneceri ilə görüşdüyü və futbolçunun keçidində razılaşdığı bildirilir.

Transferdə yeganə maneə isə “Latsio” klubudur. Roma təmsilçisi Sergey üçün 100 milyon avro tələb edir. “Yuventus” isə keçidi 90 milyon avroya həll etmək niyyətindədir.

İtaliya A Seriyasında ilin ən yaxşı yarımmüdafiəçisi seçilən Sergey, bu mövsüm iştirak etdiyi 31 oyunda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button