“Yurçeviç çox şey deyə bilər” – Kaliniç

Xorvatiya millisinin üzvü Lovre Kaliniç yerli mətbuata açıqlama verib.

Komanda.az “jutranji.hr” saytına istinadən xəbər verir ki, İngiltərənin “Aston Villa” klubunun şərəfini qoruyan qolkiper, AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda fikirlərini bildirib:

“Futbolda bu gün hər kəs nəyi bacaracağına inanır, meydana qələbə üçün çıxır. Nikola Yurçeviç bizim haqda Azərbaycan yığmasına çox şey deyə bilər. Onunla tanışlığım var. Yurçeviçin bizə qarşı oyunda bir planının olduğuna inanıram. Onlar bacardıqlarını edəcəklər. Azərbaycan bizimlə oyunda qələbə qazanmaq istəyir, ancaq biz heç bir komandadan çəkinmirik”.

Xorvatiya – Azərbaycan matçı martın 21-də, Zaqrebdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button