Yurçeviç AFFA-dan 300 min yox, 1 milyon alacaq!

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviçin AFFA ilə müqaviləsinin detalları müəyyənləşib.

Komanda.az xəbər verir ki, tərəflər arasında 1+2 illik anlaşma imzalanıb.

Xorvat məşqçinin qarşıdakı 1 il ərzində nə qədər qazanacağı da müəyyənləşib. Xorvatiya mətbuatının yaydığı məlumata görə, o, qarşıdakı 1 ildə milyon avro gəlir əldə edəcək. Amma Yurçeviçin əcnəbi köməkçilərinə əlavə pul ödənilməyəcək. Çünki onların əməkhaqqı Yurçeviçə veriləcək məbləğə daxildi.

Xatırladaq ki, daha öncə Yurçeviçin illik qazancının 300 min avro olacağı barədə məlumatlar yayılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button