“Ronaldo klubunu dəyişsə, daha yaxşı olar”

Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan dağıstanlı idmançı, “Yuventus”da çıxış edən Kriştiano Ronaldonun klubunu dəyişməli olduğunu deyib:

“Ronaldo klubunu dəyişsə, daha yaxşı olar. “Yuventus” azarkeşləri ilə bağlı heç bir pis fikrim yoxdur.

Ronaldo PSJ-yə keçsin? Xeyr. Bu komandada kifayət qədər ulduz futbolçular var. Ronaldo karyerasının sonlarına yaxın İngiltərəyə getsə, maraqlı olardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button