Dünyanın ən sürətli adamı koronavirusdan qaça bilmədi

Yüngül atletika üzrə 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Bolt koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Yamaykalı atletikin koronavirus testi müsbət çıxıb. Virusa yoluxan Bolt evində karantinə alınıb.

Avqustun 21-də 34 yaşı tamam olan Boltun virusa ad günü münasibətilə təşkil etdiyi məclisdə yoluxduğu ehtimal olunur. Partidə İngiltərə millisinin və “Mançester Siti”nin hücumçusu Rahim Sterlinq və Almaniyanın “Bayer” klubunun futbolçusu Leon Beyli də iştirak ediblər.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button