“Olimpiakos”un futbolçusu dəyənəklə döyüldü, xəstəxanalıq oldu

Yunanıstanın “Olimpiakos” klubunun futbolçusu Ruben Semedo döyülüb.

Komanda.az xəbər verir ki, portuqaliyalı müdafiəçi evinin qarşısında 3 nəfər tərəfindən hücuma məruz qalıb.

Semedo dostu ilə birlikdə dəyənəklə döyülüb. Həmin şəxslər daha sonra hadisə yerindən qaçıblar. Semedo və dostu xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.