Yüksək Liqanın liderini məğlub edən tapıldı

Bu gün futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun qarşılaşmaları Bakı İdman Sarayında təşkil olunub.

Turun ilk oyununda U-19 yığmamızla “Record” üz-üzə gəlib. Milli komanda bu görüşdə böyük hesabla qalib gəlib.

“Neftçi” İK bu turda “Baku Fire” ilə qarşılaşıb və 2 cavabsız qolla üstün olub.

Turun mərkəzi oyunu isə lider “Araz”la əsas izləyicisi EKOL arasında keçirilib. EKOL-da bir tur əvvəl qırmızı vərəqə alan Tofiq Mikayılov komandasına kömək edə bilmirdi. Rövşən Hüseynlinin “Torpedo”ya transferindən sonra isə “Araz”ın qapısını komandanın ikinci, U-19 millisinin isə əsas qolkiperi Azər Fərmanov qoruyurdu. İlk yarı bərabər səviyyədə keçib. 33-cü dəqiqədə “Araz” meydanda azlıqda qalıb. Murilonın qırmızı vərəqə alaraq komandasını azlıqda qoymasından EKOL istifadə edib. Samir Həmzəyev baxımlı qol vurmaqla hesabı açıb. Bundan sonra lider qapıçını meydan oyunçusu ilə əvəzləyib ki, yenə qol vuran EKOL olub. Bu dəfə qapıçı Emin Kürdov topu tutduqdan sonra boş qapını dəqiq nişan alıb. Beş oyunçu ilə mübarizəni davam etdirən “Araz” kapitanla fərqi minimuma endirsə də, yekunda EKOL liderə mövsümdə ilk məğlubiyyəti yaşadıb.

Bu tur meydana çıxmadan 3 xalı “Alyans” qazanıb.

Yüksək Liqa, 19-cu tur

15 aprel

U-19 – Record 7:1
Qol
: Məhəmməd Abbasov, 6:19; 8:43; 24:27. Mikayıl Qiyasov, 7:52. Fariz Mehrəliyev, 16:05; 26:52; 31:10 – Hossein Hotkani Seyedreza, 13:46.
Hakimlər: Elgün Hüseynov, Kənan Məlikov, Nahid Xasıyev
Hakim-inspektor: Azad Hüseynov
Bakı İdman Sarayı. Saat 14:00

Neftçi İK – Baku Fire 2:0
Qol
: Oqtay Rüstəmli, 31:07. Omid Talebi, 39:58.
Hakimlər: Əli Cəbrayılov, Etibar Həsənov, Anar Fərəcov
Hakim-inspektor: Azər Əsgərov
Bakı İdman Sarayı. Saat 16:00

EKOL – Araz (Naxçıvan) 2:1
Qol
: Samir Həmzəyev, 32:42. Emin Kürdov, 35:43 – Rizvan Fərzəliyev, 37:45.
Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Vüsal Balaşov
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı İdman Sarayı. Saat 18:00

Xal durumu: Araz – 55, EKOL – 43, Neftçi – 40, Baku Fire – 35, U-19 – 19, Record – 15, Alyans – 15, Xilə – 6.