“Yığmada olanlara görə Messinin uşaq kimi ağladığını görmüşəm”

Argentinalı qapıçı Uskar Ustari millinin hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qapıçı, Messinin millidəki vəziyyəti ilə bağlı danışıb:

“Messi dünya çempionu ola bilməsə, bu, futbol adına ədalətsizlik olar. Milli komanda ilə bağlı məsələlərdə onu günahlandırmaq axmaqlıqdır. Hər şey yaxşı və ya pis ola bilər. Yığmada olanlara görə Messinin uşaq kimi ağladığını görmüşəm. Onun yerində olmaq çox çətindir.

2011-ci ildə Amerika kubokundakı məğlubiyyətdən sonra Messini heç vaxt görmədiyim kimi görmüşdüm”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button