
Yeniyetmələr arasında liqa yarışının 4-cü turu start götürüb
Cüdo üzrə 14 yaşadək yeniyetmələr arasında liqa yarışının 4-cü turu start götürüb.
Komanda.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin ilk günündə 9 çəki dərəcəsində mükafatçılar bəlli olub.
İki gün davam edəcək yarışa 88 klub və idman cəmiyyətindən ümumilikdə 18 çəki dərəcəsində 485 idmançı (392 oğlan, 93 qız) qatılıb.
Qeyd edək ki, bu, U-14 Liqa yarışlarının son turudur. Turnirin yekununda idmançıların reytinq siyahısı formalaşacaq.
İlk günün medalçıları:
Oğlanlar
38 kq
- Muhəmməd Eyvazlı (ROİL)
- Zakir Məhərrəmov (RKİM)
- Abdullah Xudiyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
- Tunar Hacılı (RKİM)
46 kq
- Bəhram Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
- Kamal Həsənli (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Məhəmməd Səfərov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
- Qədir Vəliyev (Ordu İdman Klubu)
55 kq
- Yusif Şahverdili (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Nurlan Sadıqlı (TM Cüdo Klubu)
- Əli Mustafazadə (Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM PHŞ)
- Yusif Qurbanov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
66 kq
- David Səmədov (Balakən OİK)
- Yaqub Əliyev (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Ramal Cəfərli (Sumqayıt şəhəri İOEUGİM)
- Rəsul Əliyev (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
Qızlar
36 kq
- Fəridə Rəhimli (Naftalan UGİM)
- Ləman Bağırova (Naxçıvan UGİM)
- Gülay Ağayeva (AHİTA)
- Mələk Şahmuratova (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
44 kq
- Ayla Məmmədli (AHİTA)
- Nərmin Niftalizadə (Şuşa UGİM)
- Məsumə Təhməzli (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
- Fatimə Əli (Olp-Par Sumqayıt)
52 kq
- Naziləzəhra Rüstəmli (ACF)
- Yelena Tekiç (ACF)
- Gülay Nəsirova (Mingəçevir UGİM)
- Sevinc Məmmədzadə (Neftçi İK)
63 kq
- Məleykə Əsədova (Şahin 313 İK)
- Zümrüd Əliyeva (RKİM)
- Rəfiqə Ələkbərova (Judo Club 2012)
- Yağmur Əlizadə (Rafiqoğlu İK)
+70 kq
- Mina Cəbrayılzadə (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
- Rəhimə İsmiəliyeva (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



