“Tanrıya şükürlər olsun, zədəm ciddi deyil” – Morata

“Atletiko”nun La Liqanın 24-cü turunda “Sevilya” ilə matçda (0:1) zədələnən hücumçusu Alvaro Moratanın durumuna aydınlıq gəlib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 31 yaşlı forvardın zədəsi ciddi deyil. Ona sağ dizin medial yan bağının əzilməsi diaqnozu qoyulub.

Futbolçunun özü də zədəsi haqqında danışıb:

“Tanrıya şükürlər olsun, zədəm ciddi deyil. Xoş mesajlarınız üçün çox sağ olun.

Həm də ümid edirəm ki, bu qədər qəzəbli mesajlar göndərən insanlar da xoşbəxt olmaq və çox çalışmaq istəyə bilərlər. Tezliklə yenidən daha yaxşı formada olacam”.

Morata zədələndiyi üçün meydanı göz yaşları içində tərk etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button