Azərbaycan millisinin futbolçusu: “Keyfiyyətli komandaya gəlmişəm”

Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “NH Sport” nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan və bir neçə gün öncə Niderlandın “Telstar” klubuna icarəyə verilən futbolçu, keçidi haqda danışıb:

“Yenidən Niderlanda qayıtdığım üçün sevinirəm. “Telstar” əla futbol oynayır. Keyfiyyətli komandaya gəlmişəm. Əvvəllər də Niderlandda oynadığım üçün bu komandanı yaxşı tanıyıram. Burda yaxşı 6 ay keçirəcəm. Düşünürəm ki, burda oynamaq mənə müsbət təsir edəcək. Burda çempionatın səviyyəsi yüksəkdir və bu, mənim inkişafıma kömək edəcək”.

“Sabah” klubu Ozan Can Kökçünu “Telstar”a mövsümün sonunadək icarəyə verib.