Yenə Ronaldo, yenə rekord

“Yuventus” İtaliya A Seriyasının 30-cu turu çərçivəsində “Torino”nu 4:1 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, bu oyun “qoca sinyora”nın hücumçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Matçda “Yuventus”un 3-cü qolunun müəllifi olan portuqaliyalı futbolçu, cari mövsümdə A Seriyasında vurduğu qolların sayını 25-ə çatdırıb. Bununla da, o, klubun rekordunu təkrarlayıb. Belə ki, Ronaldo 1960/61-ci il mövsümündən bəri A Seriyasında bir mövsümdə 25 qol vuran ilk futbolçu olub. Sonuncu belə göstərici Omar Sivoriyə məxsus olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button