“Yaz turniri”nin qalibi bəlli oldu

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Yaz turniri” başa çatıb.

Komanda.az xəbər verir ki, turnirin qalibi “Azəri” komandası olub. 2-ci yeri “Şimşək”, üçüncü pilləni isə “Zirvə” tutub.

“Azəri” komandasının üzvü Rabil Şabanov ən yaxşı qapıçı, “Şimşək” komandasından Ümid İbrahimov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Azəri” komandasının üzvü Rəvan Muxtarlı olub.

Sonuncu turun nəticələrini nəzərinizə çatdırırıq:

Ümid – Bakı 5:2
Azəri – Zirvə 4:2
Şimşək – Ümid 9:3

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button