Yaponiyada fasilə müddəti uzadıldı

Futbol üzrə Yaponiya çempionatında koronavirus pandemiyası səbəbiylə yaranan fasilənin müddəti artırılıb.

Komanda.az xəbər verir ki, bu barədə Yaponiya Futbol Liqası məlumat yayıb.

Məlumatda, pandemiya səbəbiylə fevralın 25-dən yaranan fasilənin müddətinin artırıldığı və mayın 9-dək olan oyunların təxirə salındığı bildirilib.

Daha əvvəl çempionatın aprelin 3-dək dayandırılması qərara alınmışdı.