“Yanvar ayı bu vəziyyəti düzəltmək üçün yaxşı fürsət olacaq” – Poçettino

İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində “Kolçester”ə penaltilər seriyasında məğlub olaraq, mübarizəni dayandıran “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, komandanın vəziyyəti haqqında danışıb:

“Bütün futbolçuları eyni səviyyəyə gətirmək üçün çox çalışırıq, amma bizə vaxt lazımdır. Yanvar ayı bu vəziyyəti düzəltmək üçün yaxşı fürsət olacaq. Nəzarət edə bilmədiyin bir hal olanda, problem yaranır. Futbolda uğurlu seriyanı davam etdirmək üçün hər mövsüm fərqli olmalı və fərqli həll yolları tapmalıyıq. Biz də fərqli nələrsə etməliyik və inanıram ki, bunu bacaracağıq. Bəlkə də, ümumi “performans”ımız yaxşıdır, amma əlavə nələrə ehtiyacımız var. Bu, zehniyyət, futbolçular arasındakı əlaqə və hamının birlikdə olmasıdır”.  

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button