Yamalın atası oğlunu Maradona ilə müqayisə etdi

“Barselona”nın hücumçusu Lamin Yamalın atası Munir Nasraui oğlunu mərhum futbolçu Dieqo Armando Maradona ilə müqayisə edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sosial mediada oğluyla argentinalı sabiq futbolçu arasında paralel paylaşım edib və bunları yazıb:

“Hər şeyə görə ailəmə təşəkkür edirəm. Həqiqətən, qürurlu bir atayam”.

18 yaşlı forvard bu mövsüm “Barselona”da 30 oyunda meydana çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button