“Yadplanetli”, “Sehrbaz”… – Bu gün onun günüdür

Bu gün PSJ-nin hücumçusu Lionel Messi ad gününü qeyd edir.

Komanda.az xəbər verir ki, argentinalının 35 yaşı olur.

Messi ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 34 oyunda 11 qol vurub və 15 məhsuldar ötürmə verib.

Daha əvvəl o, 10 dəfə İspaniya çempionu, 4 dəfə Çempionlar Liqasının qalibi olan “Barselona”da çıxış edib. Messi 6 dəfə İspaniya kubokunun, 8 dəfə ölkə superkubokunun sahibi olub. O, üç dəfə UEFA superkubokunu və Klublararası dünya çempionatını qazanıb. Messi 2021-ci ilin yayında PSJ-yə keçməzdən əvvəl Kataloniya klubunda 19 il keçirib.

Messi həm də, Argentina yığması ilə 2008-ci ilin olimpiya çempionudur. O, milli komanda ilə ötən il Amerika kubokunda qızıl medallara sahib olub.

Argentinalı hücumçu 6 dəfə “qızıl top”u qazanıb və futbol tarixinin ən yaxşı oyunçularından biri hesab olunur.

Bizi Telegramda izləyin