Kapitanlıq sarğısı üçün çox çalışıb

“İnter”in argentinalı hücumçusu Lautaro Martines İtaliya A Seriyasının 21-ci turunun “Milan”la oyununu (1:0) şərh edib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, son dünya çempionu Milan təmsilçisinin heyətində xoşbəxt olduğunu dilə gətirib:

“İnanılmaz matç oldu. Burada olan oyunlar həqiqətən, Argentina millisində olduğu kimidir. Çox xoşbəxtəm. Çünki Milan şəhərinin qara və mavi rənglərdən ibarət olduğunu bir daha sübut etdik.

Çox çalışdığım üçün kapitanlıq sarğısını taxdığıma görə fəxr edirəm. “İnter”ə gəldiyim andan etibarən əlimdən gələni etməyə çalışıram”.

Bu matçdan sonra “İnter” İtaliya çempionatının turnir cədvəlində 43 xalla 2-ci, “Milan” isə 38 xalla 6-cı pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button