AÇ-2020: Modriçdən unikal göstərici

Xorvatiya milli komandasının futbolçusu Luka Modriç unikal göstəriciyə imza atıb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Xorvatiya yığması ilə Avropa çempionatları tarixində qol vuran ən gənc və ən yaşlı futbolçu ünvanına sahib olub.

Modriç AÇ-2008-də Avstriya yığmasına (1:0) qol vuranda 22 yaş 273, dünən AÇ-2020-də Şotlandiyaya (3:1) vurduğu qol zamanı isə 35 yaş 286 günündə olub.

Xovartiya millisi AÇ-2020-nin D qrupunu 2-ci sırada bitirərək 1/8 finala yüksəlib.