Xavi Qvardiolanı qabaqladı

“Barselona” İspaniya La Liqasının 24-cü turunda “Valensiya”nı məğlub edib (1:0).

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qarşılaşma Kataloniya təmsilçisinin çalışdırıcısı Xavi üçün əlamətdar olub. O, “Barsa”nın baş məşqçisi kimi İspaniya çempionatında 50-ci oyununu keçirib.

Bu müddətdə Xavi 118 xal toplayıb. Nəticədə, ispaniyalı mütəxəssis həmkarı Pep Qvardiolanı geridə qoyub (117 xal). Rekord göstərici isə Luis Enrikeyə məxsusdur (127 xal).

Cari mövsümdə “Barselona” İspaniya çempionatının turnir cədvəlində 62 xalla liderdir. Onun ən yaxın izləyicisi 53 xalla “Real”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button