“Xavi ilə hər şey daha yaxşıdır” – “Barselona”nın futbolçusu

“Barselona”nın yarımmüdafiəçisi Serxi Roberto baş məşqçi Xavinin rəhbərliyi altında komandada nələrin dəyişdiyini deyib.

Komanda.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçu, komandada hər şeyin yaxşılığa doğru dəyişdiyini bildirib:

“Xavi ilə hər şey daha yaxşıdır. Həm meydanda, həm də paltardəyişmə otağında ab-hava yaxşılaşıb. Hamı hiss edir ki, işlər düzgün istiqamətdə gedir. Xavinin sisteminə uyğunlaşmaq üçün bir az vaxt lazım oldu. Amma biz mövsümü ən yaxşı şəkildə başa vurmaq istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button