Xavi azarkeşlərdən üzr istədi

“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 23-cü turunun “Almeriya” ilə oyunundan sonra (0:1) açıqlama verib.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, qələbəyə layiq olmadıqlarını deyib:

“Biz uğursuz çıxış etdik. Heç bir bəhanəmiz yoxdur. Komandamda intensivlik, qələbə qazanmaq istəyi yox idi. Məni ən çox narahat edən məqam budur. Azarkeşlərdən üzr istəyirik. Böyük fürsəti əldən verdik. Üç ildir ki, La Liqanı qazana bilmirik. Qələbəyə layiq deyildik.

Məsuliyyəti öz üzərimizə götürməliyik. Çox qəzəbliyəm. Fasilədən sonra əlimizdən gələni etməyə çalışdıq, amma bu, kifayət etmədi. Hər şey üçün gec idi. İlk hissədəki çıxışımız mövsüm ərzində ən pis oyunumuz idi”.

Kataloniya təmsilçisi hazırda İspaniya çempionatının turnir cədvəlinə 59 xalla başçılıq edir. “Almeriya” isə 25 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button