Xavi: “Azarkeşlər daim məndən qalmağımı xahiş edirdilər”

“Barselona”nın baş məşqçisi Xavi Ernandes növbəti mövsümdə qalmaq qərarına komandanın azarkeşlərinin təsir etdiyini etiraf edib.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssis bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb:

“Küçədə azarkeşlərlə rastlaşanda, onlar daim məndən qalmağımı xahiş edirdilər. Mənə çox sevgi bəxş etdilər. Mənə elə gəlir ki, azarkeşlər hələ də həyəcanlıdırlar. Gələn mövsüm mübarizəyə hazır olacağıq”.

Xavinin “Barselona” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. Komanda bu mövsüm heç bir kubok qazana bilməyib. Çempionatın bitməsinə 6 tur qalmış “Real”la La Liqada xal fərqi 11-dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button