Xarici KİV: Qurban Qurbanov Rusiya klubunun təklifindən imtina edib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə xaricindən aldığı təklifdən imtina edib.

Komanda.az xəbər verir ki, bu məlumatı rusiyalı jurnalist İvan Karpov yayıb. 50 yaşlı mütəxəssisin xidmətində “Ximki” maraqlı olub. Klub rəhbərliyi Nikolay Pisarevin istefasından sonra məhz Qurbanovla danışıqlar aparıb. Amma o, bu təklifi qəbul etməyib. Qurbanov fəaliyyətini “Qarabağ”da davam etdirməyə üstünlük verib. Nəticədə, “Ximki”də vaxtilə “Alaniya”ya rəhbərlik edən Spartak Qoqniyevi bu vəzifəyə gətirilib.

Bu, Qurbanovun xarici təklifdən ilk imtinası deyil. Bir müddət əvvəl Türkiyənin “Hatayspor” klubu da mütəxəssisi “sükanı arxasında” görmək istəsə də, o, təklifi geri çevirmişdi.

Rusiya Premyer Liqasının 7 turundan sonra 7 xala malik “Ximki” 11-ci sırada qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button