Xarici KİV: “Napoli” “Qarabağ”ın futbolçusu ilə maraqlanır

“Qarabağ”ın futbolçusu Emmanuel Addai yeni mövsümə Top-5 liqalarından birində başlaya bilər.

Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, İngiltərənin bəzi klubları, həmçinin, İtaliyanın “Napoli” və Almaniyanın “Ayntraxt” (Frankfurt) komandaları 24 yaşlı qanalı futbolçu ilə maraqlanırlar.

Frankfurt klubu artıq qış transfer dövründə oyunçunu transfer etməyə çalışmışdı. Bundesliqa klubunun təklifinə müsbət yanaşmasalar da, Addai ilə maraqlanmaqda davam edir.

Addainin “Qarabağ”la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Onun bu yay keçiriləcək dünya çempionatında Qana millisinə dəvət ediləcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button