Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Komanda.az xəbər verir ki, millimizin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi Kosovo təmsilçisi “Malişeva” doğma meydanda Şotlandiya klubu “Hibernian”la qarşılaşıb.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Vüsal 72-ci dəqiqədə hesab 1:0 olarkən əvəzlənib.

Komandalar arasındakı cavab matçı gələn həftə Şotlandiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button