“Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq” – Turnirin qalibi

“Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq. Onun qazandığı uğurlar bu fikri söyləməyə əsas verir”.

Komanda.az xəbər verir ki, bunu “Vüqar Həşimov Memorialı-2022”nin qalibi olan Özbəkistan şahmatçı Nodirbek Abdusattorov turnirin mətbuat xidmətinə açıqlamasında deyib.

O, Vüqar Həşimovun təkcə Azərbaycanda deyil, dünya şahmat tarixində özünəməxsus yeri olduğunu dilə gətirib:

“Bu gün də gənc şahmatçılar onun möhtəşəm partiyalarını izləyir və xüsusi oyun üslubundan yararlanırlar”.

Abdusattorov Azərbaycana səfər edəndə superturnirin qalibi olacağına inanmayıb:

“Çünki memorialda ən güclü şahmatçılar mübarizə aparırdı. Mükafatçılar sırasında yer almağı çox arzulayırdım. Sevinirəm ki, bunu bacardım”.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən şahmatçı yarışa kökləndiyini vurğulayıb:

“Çox gərgin və maraqlı partiyalarımız oldu. Elit şahmatçılarla birlikdə bu memorialda mübarizə aparmaq mənim üçün qürurvericidir. Rəqiblərimin hamısı titullu idmançılar idi. Turnir, həmçinin mənim üçün böyük təcrübə oldu”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button