Vüqar Əsgərov “Liepaya”nı məğlubiyyətdən xilas edə bilmədi

Futbol üzrə Latviya çempionatında 29-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Spartak”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 2:4.

Vüqar da bu matçın iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.

“Liepaya” hazırda 29 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.