Alleqri: “Vlahoviç düzgün tempdə oynamağı öyrənməlidir”

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 36-cı turunda “Cenoa”ya (1:2) məğlubiyyətdən sonra komandanın hücumçusu Duşan Vlahoviçin oyununu şərh edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, serbiyalı forvardın çıxışından razı olduğunu deyib:

“Onun performansından razıyam. Bu, onun ən yaxşı oyunlarından biri idi. Vlahoviç çox qaçırdı, axırda ona istirahət etmək imkanı verdim.

O, özünü rahat hiss etməli və düzgün tempdə oynamağı öyrənməlidir. Qol vurmasa, özünü günahkar hiss edir, amma səhv düşünür. Mən bunu ona tez-tez deyirəm və əminəm ki, o, bunu başa düşəcək”.

Vlahovic bu mövsüm A Seriyasında “Yuventus”un heyətində 13 oyun keçirib, 6 qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button