
“Vitinya və Neveş heç vaxt heç kimin transfer hədəfi olmayıb”
Tanınmış futbol agenti Jorje Mendeş, PSJ-nin yarımmüdafiəçiləri Vitinya və Joao Neveşin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, agent, hər iki futbolçunun Paris klubunda çox xoşbəxt olduğunu və onların transfer siyahısında olmadığını vurğulayıb:
“Vitinya da, Neveş də heç vaxt heç kimin transfer hədəfi olmayıb. Onlar satılmır və PSJ-də çox-çox xoşbəxtdirlər, burada kuboklar qazanmağa davam edəcəklər”.
Hər iki yarımmüdafiəçi PSJ-nin əsas heyətində mühüm rol oynayır və klub onları gələcəyin əsas oyunçuları kimi görür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



