“Virusa yoluxub-yoluxmadığımızı bilmirik, amma…”

“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne koronavirus pandemiyasının yaratdığı vəziyyətlə bağlı açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, yaranan vəziyyətlə bağlı bunları deyib:

“Hər şey yeni başlayarkən evə getməyi düşündük, amma sonda Mançesterdə qalmağa qərar verdik. Burda qalmaq hər birimiz üçün daha yaxşı seçim oldu. Bu, hər birimiz üçün çətin vəziyyətdir. İlk günlərdə ailə üzvlərim xəstə idilər, amma indi hamımız yaxşıyıq. Virusa yoluxub-yoluxmadığımızı bilmirik, amma hazırda özümüzü yaxşı hiss edirik.

Klub evdə məşq etməyimiz üçün bizə proqram göndərib. Bu vəziyyətdə hər kəs öz üzərinə düşən vəzifəni etməlidir. Hər birimiz yaşadığımız ölkə, ailəmiz üçün məsuliyyət daşıyırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button